Ordu.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüş zamanı bildirib.
Onun sözlərinə görə, Rusiya ilə dəmir yolu əlaqələrinin mövcudluğu və Rusiyadan Azərbaycan üzərindən idxal, gələcəkdə isə ixrac imkanları Avrasiya İqtisadi Birliyi çərçivəsində iqtisadi əlaqələri gücləndirir.
“Avropa İttifaqına gəlincə, biz bilirik ki, prinsip etibarilə bu iki birlikdə üzvlük uyğun deyil. Lakin hazırkı gündəliyimiz çərçivəsində onlar müəyyən qədər uyğunlaşır və bu, faktdır.
Nə qədər ki, bu gündəlikləri uzlaşdırmaq mümkündür, biz bunu edəcəyik. Proseslər elə mərhələyə çatdıqda ki, qərar qəbul etmək zərurəti yaranacaq, əminəm ki, bu qərarı Ermənistan vətəndaşları verəcək”, - deyə Paşinyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az