“Qarabağı Ermənistana qaytarmaq hərəkatı” davam etdirilə bilməz” - Paşinyan

2026/03/1774525389.jpg
Oxunub: 699     19:30     01 Aprel 2026    
“Qarabağı Ermənistana qaytarmaq hərəkatı” (erməni separatizmi-red.) artıq davam etdirilə bilməz”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə görüşdə bildirib.

“Qarabağla bağlı məsələlərə gəlincə, mən artıq Ermənistanda açıq və şəffaf şəkildə bəyan etmişəm ki, biz “Qarabağ hərəkatı”nı davam etdirməməliyik, çünki Ermənistan və Azərbaycan arasında artıq sülh bərqərar olub”, - deyə o qeyd edib.

Paşinyan xatırladıb ki, Ermənistan və Azərbaycan 1991-ci il Alma-Ata Bəyannaməsinə əsasən bir-birinin ərazi bütövlüyünü, siyasi müstəqilliyini və suverenliyini tanıyıb.

Onun sözlərinə görə, tərəflər qarşılıqlı şəkildə qəbul edir ki, müstəqil Ermənistan 100% Sovet Ermənistanına, müstəqil Azərbaycan isə Sovet Azərbaycanına uyğundur.

Paşinyan əlavə edib ki, bu vəziyyət sülhün gələcək inkişafı üçün möhkəm əsas yaradır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin