Paşinyanın portreti Moskvada Ermənistan səfirliyi yaxınlığında keçirilən aksiyada yandırılıb

2026/04/photo-1775057455.jpg
Oxunub: 349     19:27     01 Aprel 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyanın portreti Moskvanın mərkəzində Ermənistan səfirliyi yaxınlığında keçirilən aksiya zamanı yandırılıb.

Ordu.az xəbər verir ki, bu barədə RT məlumat yayıb.

Paşinyan bu gün işgüzar səfərlə Rusiyaya gedib.

Aksiya Erməni Apostol Kilsəsinə dəstək məqsədilə təşkil olunub. Toplaşanlar onun daxili işlərinə müdaxilənin dayandırılmasını tələb ediblər. Nümayişçilər Paşinyanın hakimiyyətini Ermənistanı məhv edən cinayətkar və korrupsiyalaşmış hakimiyyət kimi xarakterizə ediblər. Aktivistlər həmçinin bildiriblər ki, Yaxın Şərqdə münaqişənin ilk günlərində Paşinyan “qardaş İran xalqına” kömək edə bilməyib. Tehran tarixi erməni kilsələrini qoruyur və qonşularına dəstək verir. Aksiya iştirakçıları kilsəyə və Ermənistan xalqına dəstək şüarları əks olunan plakatlar daşıyıblar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Rusiya  


Bizi "telegram"da izləyin