Ordu.az xəbər verir ki, bu açıqlama Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Ermənistanın bu sahədə Rusiyanın təcrübəsindən yararlanma ehtimalını istisna etmədiyini deməsindən sonra verilib.
Zaxarovanın sözlərinə görə, Rusiya geniş imkanlara malikdir və müraciət olacağı təqdirdə informasiya təhlükəsizliyi, kiberdələduzluğa qarşı mübarizə və beynəlxalq platformalarda əməkdaşlıq sahələrində dəstək göstərə bilər. O, həmçinin qeyd edib ki, Rusiya bu sahədə həm ekspert rəyləri paylaşa, həm də praktiki əməkdaşlıq həyata keçirə bilər.
Alpər Mövludoğlu
Ordu.az