“İranda baş verən hadisələr artıq enerji bazarlarına birbaşa təsir edir” - Putin

2026/03/1774607754.jpg
Oxunub: 471     12:24     01 Aprel 2026    
Yaxın Şərqdə davam edən münaqişə enerji bazarlarına birbaşa təsir göstərir, resursların tədarük təhlükəsizliyi isə həlledici amilə çevrilir.

Ordu.az xəbər verir ki, bu barədə beynəlxalq nəqliyyat-logistika forumunun iştirakçılarına videomüraciətində Rusiya prezidenti Vladimir Putin bildirib.

“İranda baş verən hadisələr artıq enerji bazarlarına və Hörmüz boğazı vasitəsilə neft və qazın daşınmasına birbaşa təsir göstərir”, - deyə Rusiya lideri qeyd edib.

O, həmçinin bildirib: “Getdikcə daha çox dövlət və şirkət yalnız daşınmanın sürəti və dəyəri barədə deyil, həm də nəqliyyat marşrutlarının və logistika zəncirlərinin təhlükəsizliyi və dayanıqlığı barədə düşünür; bu marşrutlar böhranlara, hərbi münaqişələrə və digər xarici risklərə qarşı daha az həssas olmalıdır”.

Rusiya prezidentinin sözlərinə görə, Rusiya dünyaya təhlükəsiz və etibarlı nəqliyyat-logistika marşrutları təklif edə bilər.

O qeyd edib ki, bu, Yaxın Şərqdə baş verən faciəli hadisələr fonunda daha da əhəmiyyətli olur.

“Rusiya dünyaya belə həllər təklif edə və qlobal logistikanın, eləcə də ümumi beynəlxalq ticarətin yeni memarlığının formalaşmasında mühüm rol oynaya bilər”, - deyə Rusiya lideri bildirib və mövcud şəraitdə tədarük üçün təhlükəsiz marşrutların vacibliyini vurğulayıb.

Putinin sözlərinə görə, Moskvanın tərəfdaşları üçün Rusiya logistika marşrutları həm iqtisadi baxımdan, yəni daşınma müddətlərinin qısaldılması sayəsində, həm də qlobal nəqliyyat axınlarının diversifikasiyası baxımından sərfəli ola bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Rusiya  


Bizi "telegram"da izləyin