İran zərbəsi nəticəsində İsraildə 10 nəfər yaralanıb, husilər ölkənin cənubuna hücum ediblər

2026/04/1775031402.jpg
Oxunub: 455     12:15     01 Aprel 2026    
Bu gün səhər İranın raket atəşi nəticəsində vəziyyəti son dərəcə ağır olan bir qız da daxil olmaqla on yaralı tibbi mərkəzlərə çatdırılıb.

Ordu.az xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.

“Şiba” tibb mərkəzi bildirib ki, tibbi briqadalar hazırda atası orta ağır vəziyyətdə olan qızın “həyatı uğrunda mübarizə aparır”. Daha yeddi nəfər xəstəxanaya yerləşdirilib.

Hazırda altı uşaq tibbi müayinədən keçir. Rabin adına tibb mərkəzinin nümayəndəsi xəstəxanaya bir qadın və onun oğlunun da gətirildiyini bildirib.

Ananın vəziyyəti orta ağır qiymətləndirilir, “Şnayder” uşaq tibb mərkəzinə yerləşdirilən uşaq isə ağır vəziyyətdədir.

Yəmən husiləri bu gün səhər İsrailin cənub bölgələrinə yönəldilmiş raket zərbəsinə görə məsuliyyəti üzərlərinə götürüblər. Öz bəyanatlarında husilər bildiriblər ki, cənubda yerləşən “İsrail düşməninin həssas obyektlərinə” “yeni ballistik raketlər” dalğası endiriblər.

İsrail Müdafiə Ordusunun məlumatına görə, Yəməndən buraxılan bir raket zərərsizləşdirilib. Zərərçəkənlər barədə məlumat verilməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İsrail  


Bizi "telegram"da izləyin