İsrail SEPAH-ın Livanda və Suriyada yeraltı sığınacaqlar inşa edən mühəndisini öldürüb

2026/03/1773425271.jpg
Oxunub: 430     11:39     01 Aprel 2026    
İsrailin İrana endirdiyi zərbə nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Əl Qüds” bölməsinin yüksəkçinli mühəndisi Mehdi Vəfai öldürülüb.

Ordu.az xəbər verir ki, bu barədə “Times of Israel” İsrail Müdafiə Qüvvələrinə (IDF) istinadən məlumat yayıb.

Vəfai İsrail ordusunun İranın mərkəzində yerləşən Məhəllat şəhərinə endirilən zərbə nəticəsində həyatını itirib.

IDF-in məlumatına görə, Vəfai son 20 il ərzində SEPAH-ın mühəndislik idarəsinə rəhbərlik etdiyi müddətdə Livan və Suriyada Hizbullah üçün yeraltı silah-sursat anbarları və sığınacaqlarının inşası ilə məşğul olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   SEPAH  


Bizi "telegram"da izləyin