Qətər MN İran tərəfindən üç qanadlı raketin buraxıldığını açıqlayıb: onlardan biri tankeri vurub

2026/03/1773296149.jpg
Oxunub: 609     11:26     01 Aprel 2026    
Qətərin Müdafiə Nazirliyi bildirib ki, İran tərəfindən Qətər istiqamətində üç qanadlı raket buraxılıb və onlardan biri neft daşıyan tankeri vurub.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Nazirliyin X sosial şəbəkəsində yaydığı məlumatda qeyd olunur ki, Qətər Silahlı Qüvvələri iki raketi ələ keçirib, üçüncüsü isə “QatarEnergy” şirkəti tərəfindən icarəyə götürülmüş tankerə zərbə endirib.

Qurumun məlumatına görə, tankerin 21 nəfərlik heyəti təxliyə edilib. Zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Qətər  


Bizi "telegram"da izləyin