Ordu.az xəbər verir ki, bu barədə Nyu-York meri Zöhran Mamdani yutuber Brayan Tayler Koenə verdiyi müsahibədə bildirib.
O qeyd edib ki, Vaşinqtonun həyata keçirdiyi “rejim dəyişikliyinə yönəlmiş müharibələr” tarixən “fəlakətli nəticələr” verib.
Mamdani deyib ki, yaşayış xərclərinin “tarixi böhranı” fonunda bu müharibə artıq 23 milyard dollara başa gəlib.
O bildirib: “Bu vəsaitlər tibbi xidmətə, müəllimlərə və ya tələbə borclarının silinməsinə yönəldilsəydi, amerikalı işçi sinfinin həyatını dəyişə bilərdi”.
O əlavə edib ki, bütün bunlar “növbəti rejim dəyişikliyindən” sonra müharibənin davam etdirilməsi səbəbindən kənara qoyulub.
Sevinc Əliyeva
Ordu.az