BƏƏ Hörmüz boğazını güc yolu ilə açmaq üçün ABŞ və digər müttəfiqlərə kömək etməyə hazırlaşır

2026/04/1775027745.jpg
Oxunub: 427     11:11     01 Aprel 2026    
Birləşmiş Ərəb Əmirlikləri Hörmüz boğazını güc yolu ilə açmaq üçün ABŞ və digər müttəfiqlərə kömək etməyə hazırlaşır.

Ordu.az xəbər verir ki, bu barədə “Wall Street Journal” ərəb rəsmilərə istinadən məlumat yayıb.

Bu addım İran hücumlarından sonra Fars körfəzi regionunda hərbi əməliyyatlara qoşulan ilk dövlətə çevrilməsi demək olacaq.

Məlumata görə, BƏƏ belə əməliyyata icazə verəcək BMT Təhlükəsizlik Şurası qətnaməsi üçün lobbiçilik edir.

Rəsmilər bildiriblər ki, əmirlik diplomatları ABŞ-ni və Avropa ilə Asiyanın hərbi güclərini boğazı güc yolu ilə açmaq üçün koalisiya yaratmağa çağırıblar.

BƏƏ rəsmisi deyib: “İran rejimi hesab edir ki, mövcudluğu uğrunda mübarizə aparır və boğazı sıxmaqla qlobal iqtisadiyyatı çökdürməyə hazırdır”.

Mənbələrin sözlərinə görə, BƏƏ ABŞ-yə Hörmüz boğazında yerləşən İran adalarının, o cümlədən ölkənin iddia etdiyi Əbu Musa adasının ələ keçirilməsini təklif edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BƏƏ   Hörmüz   ABŞ  


Bizi "telegram"da izləyin