İsrail SEPAH-ın “Qüds” qüvvələrinin mühəndislik bölməsinin rəhbərinin öldürüldüyünü açıqlayıb

2026/03/1774611672.jpg
Oxunub: 609     10:35     01 Aprel 2026    
İsrail Müdafiə Qüvvələri (SAXAL) İranın İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qüvvələrinin mühəndislik bölməsinin rəhbəri Mehdi Vəfainin öldürüldüyünü açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

İsrail tərəfinin yaydığı məlumata görə, Vəfai dünən İrana endirilən aviazərbə nəticəsində həlak olub.

SAXAL-ın bəyanatında deyilir: “Vəfai kadrının 20 illik fəaliyyəti ərzində korpusun mühəndislik bölməsinin rəhbəri kimi Livan və Suriyanın bütün ərazisində yeraltı layihələr həyata keçirib”.

İsrail ordusu iddia edir ki, Vəfai “Hizbullah” və Suriyada Bəşər Əsəd rejimi üçün yeraltı infrastrukturun yaradılması işlərinə rəhbərlik edib, həmçinin Livanda müasir silahların saxlanılması üçün nəzərdə tutulmuş onlarla yeraltı obyektə nəzarət edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran  


Bizi "telegram"da izləyin