Xameneyinin “Hizbullah”a məktubu: İran İsrail və ABŞ-yə qarşı müqaviməti dəstəkləməyə davam edəcək

2026/03/1773583523.jpg
Oxunub: 382     10:22     01 Aprel 2026    
İranın ali rəhbəri Müctəba Xameneyi “Hizbullah”ın baş katibi şeyx Naim Qasıma məktub göndərərək İran İslam Respublikasının “Amerika-sionist düşmənə qarşı” müqavimətə davamlı dəstəyini vəd edib.

Ordu.az xəbər verir ki, bu barədə Press TV məlumat yayıb.

“Hizbullah” bəyan edib ki, İranın siyasəti “sionist və Amerika düşməni”nə qarşı müqaviməti daim dəstəkləmək olaraq qalır. Bu açıqlama Müctəba Xameneyi tərəfindən şeyx Qasıma çatdırılan mesajın şərhi kimi təqdim olunub.

Mesajda qeyd olunub ki, bu siyasət İranın öldürülmüş ali rəhbəri ayətullah Seyid Əli Xameneyi və “Hizbullah”ın baş katibi Seyid Həsən Nəsrullah tərəfindən müəyyən edilmiş xəttə əsaslanır.

Müctəba Xameneyi vurğulayıb ki, “İslam ümmətinin ən böyük düşmənləri olan “ABŞ və sionist rejim”ə qarşı mübarizədə möhkəmlik və sarsılmazlıq şəhid imamın ən mühüm xüsusiyyətlərindən idi”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xameneyi   Hizbullah  


Bizi "telegram"da izləyin