ABŞ və İsrail İsfahandakı metallurgiya zavoduna və Buşehrdə meteoroloji stansiyaya yenidən zərbə endirib

2026/04/1775022366.jpg
Oxunub: 509     09:51     01 Aprel 2026    
ABŞ və İsrail İsfahanda yerləşən Mobarakeh Steel metallurgiya zavoduna yenidən zərbə endirib.

Ordu.az xəbər verir ki, bu barədə “Fars” məlumat yayıb.

Məlumatda bildirilir ki, bir neçə dəqiqə əvvəl İsfahandakı polad istehsalı kompleksinə ikinci aviazərbə endirilib.

Hücum zamanı mülki obyektlər və Buşehrdə yerləşən meteoroloji stansiya da zərər görüb.

Xatırladaq ki, ABŞ və İsrail 2026-cı il fevralın 28-dən etibarən İran ərazisinə zərbələr endirir. Buna cavab olaraq İran İsrailə və regiondakı ABŞ hərbi bazalarına raket zərbələri həyata keçirib. Bu hücumlar nəticəsində İranın ali rəhbəri ayətullah Əli Seyid Xameneyi və digər yüksək vəzifəli şəxslərin də öldüyü bildirilir.

2026-cı il martın 2-də “Hizbullah” İsrailə qarşı müharibəyə qoşulub. İsrail isə hərəkat əleyhinə əməliyyatların başlandığını elan edərək Livanın cənubuna daxil olub.

2026-cı il martın 23-də ABŞ prezidenti Donald Tramp İranla danışıqların bir həftə davam edəcəyini bildirib və hərbi zərbələrin beş gün təxirə salındığını açıqlayıb. Lakin İran bu məlumatı təkzib edib, İsrail isə Trampın təklifini rədd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İsrail   İran  


Bizi "telegram"da izləyin