Ordu.az xəbər verir ki, bu barədə Müzakirələrdən xəbərdar mənbələr CNN-ə bildiriblər.
Ağ Evin yüksək vəzifəli şəxsləri anlayırlar ki, Tehranın nəzarətində olan enerji marşrutundan neft tədarükünün bərpası yalnız müharibənin dayandırılması üçün deyil, həm də sürətlə artan neft və qaz qiymətlərinin aşağı salınması üçün vacibdir. Bu isə noyabr seçkiləri ərəfəsində respublikaçılar üçün əsas problemlərdən birinə çevrilir.
Lakin mənbələrin sözlərinə görə, Trampın müharibəni 4-6 həftə ərzində başa çatdırmaq planı fonunda yüksək vəzifəli şəxslər qeyri-rəsmi şəkildə etiraf edirlər ki, eyni vaxtda həm hərbi məqsədlərə nail olmaq, həm də bu müddətdə boğazın açılacağını vəd etmək mümkün deyil.
Rəsmi şəxslər və kəşfiyyat qurumlarının nümayəndələri hesab edirlər ki, dünya neftinin təxminən 20%-nin daşındığı bu marşrutun tam fəaliyyətinin bərpası həftələr, hətta aylar çəkə bilər.
Sevinc Əliyeva
Ordu.az