Putin və BƏƏ prezidenti Yaxın Şərqdəki müharibəni müzakirə ediblər

2026/03/1774981482.jpg
Oxunub: 513     22:22     31 Mart 2026    
Rusiya prezidenti Vladimir Putin və Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd bin Zayed Al Nəhyan telefon danışığı zamanı Yaxın Şərqdə hərbi-siyasi vəziyyətin davamlı şəkildə pisləşməsi, mülki əhali arasında itkilərin artması, həmçinin enerji, sənaye və digər mülki infrastrukturun məhv edilməsi ilə bağlı ciddi narahatlıq ifadə ediblər.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Kreml bildirib ki, hərbi əməliyyatların tezliklə dayandırılmasının və münaqişənin sülh yolu ilə həlli üçün siyasi və diplomatik səylərin artırılmasının vacibliyi vurğulanıb. Bu zaman regiondakı bütün dövlətlərin qanuni maraqlarına hörmət edilməsi zəruriliyi qeyd olunub və Rusiyanın onlarla ənənəvi olaraq dostluq və qarşılıqlı faydalı münasibətlər saxladığı bildirilib.

Liderlər Rusiya ilə BƏƏ arasında əməkdaşlıq və əlaqələrin yüksək səviyyədə olduğunu və onların bir çox sahələrdə uğurla inkişaf etdiyini də qeyd ediblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   BƏƏ  


Bizi "telegram"da izləyin