Paşinyanın keçmiş arvadı erməni kəşfiyyatçı Artur Avanesyanı xatırlamadığını bildirib

2025/05/1747384753.jpg
Oxunub: 500     21:22     31 Mart 2026    
Ermənistan Baş naziri Nikol Paşinyanın keçmiş arvadı Anna Hakopyan özünün “Facebook” səhifəsində yazıb ki, “Güclü Ermənistan” partiyasının təhlükəsizlik məsələləri üzrə komandasının rəhbəri, erməni polkovnik, kəşfiyyatçı Artur Avanesyanı “xatırlaya bilmir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

“Mən bu şəxsi 44 günlük müharibə zamanı xatırlaya bilmirəm. Mütləq diqqətimi çəkərdi və əlbəttə ki, yadda qalardı, çətin ki, unudardım. Onun müharibə ilə bağlı məlumatlılıq səviyyəsi ilə Ermənistan daxilində cəmi bir ay əvvəl baş vermiş sensasion hadisə barədə məlumatlılıq səviyyəsi bir-biri ilə düz mütənasibdir. Aydındır ki, onların heç biri barədə anlayışı (xəbəri) yoxdur”, - deyə o yazıb.

Xatırladaq ki, bu gün erməni kəşfiyyatçı Artur Avanesyan Anna Hakopyanın “44 günlük müharibədə 11 000 fərarimiz olub” bəyanatına cavab verərək bildirib: “Bizim əsgərlər fərari deyildi, bizim əsgərlər şir kimi döyüşürdü, sizin həyat yoldaşınız isə əsgərlərimizi müdafiəsiz və silahsız qoydu”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hakopyan   Avanesyan  


Bizi "telegram"da izləyin