“İranla müharibə tezliklə başa çatacaq, biz qrafikdən iki həftə irəlidəyik” - Tramp

2026/03/1774957387.jpg
Oxunub: 576     20:14     31 Mart 2026    
ABŞ prezidenti Donald Tramp CBS News-a müsahibəsində bildirib ki, Hörmüz boğazının yenidən açılması səyləri çərçivəsində ABŞ qoşunlarını çıxarmağa “hələ tam hazır deyil”.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“Mən bunu müəyyən mərhələdə edəcəyəm, lakin hələ yox. Digər ölkələr də müdaxilə etməlidir. İran məğlub olub, amma onlar müdaxilə etməli və öz işlərini görməlidirlər”, - deyə Tramp bildirib.

O qeyd edib ki, Hörmüz boğazında “real təhlükə” yoxdur.

“NATO dəhşətlidir və onların hamısı dəhşətlidir. Onlar kömək etmək istəmədilər. Əgər onlara neft lazımdırsa, gəlib götürsünlər. Real təhlükə yoxdur, ciddi təhlükə yoxdur, çünki ölkə (İran) məğlub olub”, - deyə o əlavə edib.

ABŞ hərbi əməliyyatlarının nə vaxt başa çata biləcəyi ilə bağlı suala cavab olaraq Tramp bildirib: “Bu, tezliklə baş verəcək. Biz qrafikdən iki həftə irəlidəyik”.

Müharibə başlayanda ABŞ prezidenti onun “4-6 həftə” davam edəcəyini bildirmişdi, hazırda isə müharibə artıq beşinci həftəsinə daxil olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   İran  


Bizi "telegram"da izləyin