Ordu.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Plan aşağıdakıları nəzərdə tutur:
Hərbi əməliyyatların dərhal dayandırılması - münaqişənin genişlənməsinin qarşısını almaq üçün bütün səylər göstərilməlidir.
Sülh danışıqlarının başlanması - suverenlik, ərazi bütövlüyü və müstəqillik qorunmalıdır. Dialoq və diplomatiya yeganə effektiv vasitələr kimi qiymətləndirilir. Danışıqlar zamanı güc tətbiqi və ya bununla hədələməkdən çəkinmək vacibdir.
Mülki obyektlərin təhlükəsizliyi - beynəlxalq humanitar hüquqa tam əməl olunmalı, əsas mülki infrastruktur obyektlərinə hücumlar dayandırılmalıdır.
Dəniz yollarının təhlükəsizliyi - mülki və ticarət gəmilərinin sərbəst və təhlükəsiz hərəkəti təmin edilməlidir.
Sevinc Əliyeva
Ordu.az