Suriya lideri Böyük Britaniyanın baş naziri ilə danışıqlar aparıb

2026/03/1774949621.jpg
Oxunub: 341     19:28     31 Mart 2026    
Suriya lideri Əhməd əş-Şaraa bu gün Böyük Britaniyanın baş naziri Kir Starmer ilə görüşərək ikitərəfli münasibətlərin möhkəmləndirilməsini və son hadisələri müzakirə edib.

Ordu.az xəbər verir ki, bu barədə SANA məlumat yayıb.

Tərəflər ümumi maraqlar əsasında əlaqələrin gücləndirilməsi yollarını müzakirə edib, inkişaf və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar. Onlar həmçinin regional və beynəlxalq hadisələri də müzakirə ediblər.

Əhməd əş-Şaraa eyni zamanda Böyük Britaniyanın yüksək vəzifəli rəsmiləri ilə də görüşərək iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Britaniya  


Bizi "telegram"da izləyin