Ermənistan TŞ katibi təhlükəsizlik siyasətinə həsr olunmuş müzakirədə iştirak edib

2025/09/1757435880.jpg
Oxunub: 424     17:59     31 Mart 2026    
2026-cı il martın 31-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Ermənistanın təhlükəsizlik siyasətinin gücləndirilməsi - ekspert icması ilə dövlət qurumları arasında əməkdaşlığın əhəmiyyəti” mövzusunda ictimai müzakirədə iştirak edib və açılış nitqi ilə çıxış edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənsitan Təhlükəsizlik Şurasının aparatı məlumat yayıb.

Məlumata görə, müzakirə zamanı Ermənistan Təhlükəsizlik Şurasının katibi dövlət qurumları ilə vətəndaş cəmiyyəti nümayəndələri arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayıb.

“Tədbirin ikinci hissəsində fikir mübadiləsi və sual-cavab keçirilib. Müzakirə “Ermənistanın təhlükəsizlik siyasətinin gücləndirilməsi” proqramı çərçivəsində, Böyük Britaniyanın Ermənistandakı səfirliyi və Qafqaz İnstitutu tərəfindən təşkil olunub”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qriqoryan  


Bizi "telegram"da izləyin