Qətər səfiri Ermənistanın ədliyyə naziri ilə görüşüb

2026/03/1774964396.jpg
Oxunub: 450     17:41     31 Mart 2026    
Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan Qətər Dövlətinin Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Mənsur Abdullah Salem Saad Al-Sulaytini qəbul edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Ədliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, erməni nazir Ermənistan ilə Qətər arasında ədliyyə sahəsində mövcud əməkdaşlığın dərinləşdirilməsi və genişləndirilməsi istiqamətində hazır olduqlarını bir daha təsdiqləyib.

“Srbuhi Qalyan nazirliyin cari və qarşıdakı islahat proqramlarını təqdim edib: yeni Konstitusiyanın hazırlanması prosesi, ədliyyə sahəsinin rəqəmsallaşdırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, insan hüquqlarının müdafiə mexanizmlərinin inkişafı və penitensiar sistemin islahatı.

Nazir qeyd edib ki, yaxın zamanda ədliyyə sahəsində inkişafın prioritetlərini müəyyən edəcək kompleks strategiyanın hazırlanması planlaşdırılır. Səfir qonaqpərvər qəbula görə təşəkkür edib və Qətərin ədliyyə sahəsində ikitərəfli əməkdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb.

Hazırda ikitərəfli münasibətlərin dərinləşdirilməsinə yönəlmiş müqavilələr müzakirə mərhələsindədir. Səfir naziri yeni əməkdaşlıq formatlarının başlanması məqsədilə Dohaya dəvət edib”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qətər   Ermənistan  


Bizi "telegram"da izləyin