Ordu.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Nəşrin məlumatına görə, hadisə bir neçə gün əvvəl Ermənistan-İran sərhədində yerləşən “Norduz” keçid məntəqəsindən təxminən 500 kilometr məsafədə baş verib. Mərmi düşən zaman yük maşını dayanmış vəziyyətdə olub və sürücü avtomobildə olmayıb, bu səbəbdən itkilərdən qaçmaq mümkün olub.
Zədələnmiş və yanmış konteyner ötən gün İrəvana gətirilib. Hazırda dəymiş ziyan qiymətləndirilir.
Logistika şirkətindəki mənbə bildirib ki, bu, ilk belə hadisədir. Lakin o, oxşar insidentlərin təkrarlanmasını istisna etməyib.
Alpər Mövludoğlu
Ordu.az