Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
ABŞ lideri “Truth Social” sosial şəbəkəsində bildirib ki, boğaz vasitəsilə yanacaq ala bilməyən ölkələrə belə tövsiyələr verə bilər: “Birincisi, enerji daşıyıcılarını ABŞ-dən alın, bizdə onlardan çoxdur, ikincisi isə cəsarət toplayın, boğaza gedin və sadəcə onu götürün”.
O əlavə edib: “Siz özünüz üçün mübarizə aparmağı öyrənməlisiniz, çünki eynilə sizin bizə kömək etmədiyiniz kimi ABŞ artıq sizə kömək etməyəcək”. Tramp qeyd edib ki, bu çağırışlar, xüsusilə, Böyük Britaniyaya yönəlib.
Sevinc Əliyeva
Ordu.az