Ordu.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkə hesabında yazıb.
Tramp bildirib ki, Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsində hər ölkə özü məşğul olmalıdır, ABŞ-yə arxalanmamalıdır.
“Hörmüz boğazına (boğazın bloklanmasına görə-red.) görə aviasiya yanacağı əldə edə bilməyən bütün ölkələrə məsələn, İranın “başsızlaşdırılması” əməliyyatında iştirakdan imtina edən Birləşmiş Krallığa belə bir təklifim var: birincisi, (yanacağı) ABŞ-dən alın, bizdə kifayət qədər ehtiyat var; ikincisi isə, bir qədər gecikmiş cəsarətinizi toplayın, boğaza gedin və sadəcə götürün. Özünüz üçün mübarizə aparmağı öyrənməyə başlamalı olacaqsınız - ABŞ artıq sizə kömək etmək üçün orada olmayacaq, necə ki, siz də bizim üçün orada olmadınız. İran faktiki olaraq darmadağın edilib. Çətin hissə artıq geridə qalıb. Gedin və öz neftinizi götürün”, - Tramp yazıb.
Digər postunda isə Ağ Ev rəhbəri Fransa hökumətini tənqid edib.
“Fransa dövləti hərbi avadanlıqla yüklənmiş təyyyarələrin Fransa üzərində İsrailə uçmasına icazə verməyib. Fransa “İranın qəssabı” ilə bağlı çox YARARSIZ davrandı - hərçənd o uğurla zərərsizləşdirilib! ABŞ bunu UNUTMAYACAQ!!!”,- Tramp yazıb.
Ordu.az