“Axios”: Tramp hələ İranın mülki hədəflərini məhv edib-etməmək barədə qərar verməyib

2026/03/1774863294.jpg
Oxunub: 388     16:17     31 Mart 2026    
ABŞ-nin prezidenti Donald Tramp İranın mülki infrastrukturunu, o cümlədən duzsuzlaşdırma zavodlarını məhv etməklə bağlı təhdidini həyata keçirib-keçirməmək barədə hələ yekun qərar verməyib.

Ordu.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

Vaşinqton administrasiyasındakı mənbənin sözlərinə görə, ABŞ liderinin İranın elektrik stansiyalarını və digər infrastruktur obyektlərini, o cümlədən duzsuzlaşdırma zavodlarını məhv etməyə hazır olması ilə bağlı bəyanatları “İranı danışıqlara məcbur etmək üçün təzyiq göstərmək” məqsədi daşıyır. Bununla yanaşı, rəsmi şəxsin sözlərinə görə, ABŞ lideri hələ belə zərbələr endirmək barədə “qərar qəbul etməyib” və istəyir ki, ABŞ-nin bu müharibədə atacağı addımlar “mütənasib olsun”. Mənbənin iddiasına görə, ABŞ prezidenti “bir neçə həftə əvvəl Bibinin (İsrailin baş naziri Benyamin Netanyahu) İranda yerləşən duzsuzlaşdırma zavoduna zərbə endirməsinə əsəbiləşib”.

Məqalədə qeyd olunur ki, İranın su təchizatı obyektlərinə zərbə endirilməsi Amerika lideri üçün “müharibə zamanı mülki əhalinin qorunmasına yönəlmiş qanun və normaların ən biabırçı şəkildə pozulması” olardı. Portal vurğulayır ki, ABŞ prezidenti bu normalara laqeyd yanaşır.

ABŞ lideri martın 30-da bildirib ki, əgər razılaşma əldə olunmasa, ABŞ İranın bütün elektrik stansiyalarını, neft yataqlarını, Fars körfəzində yerləşən Xarq adasını, eləcə də bütün duzsuzlaşdırma zavodlarını məhv edəcək. O, həmçinin qeyd edib ki, ABŞ tərəfi İran hakimiyyəti ilə danışıqlar aparır. Daha əvvəl İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi bildirmişdi ki, İran Pakistan və digər vasitəçilər vasitəsilə ABŞ-dən danışıqlar təklifi alıb, lakin Vaşinqtonla birbaşa təmaslar olmayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   İran  


Bizi "telegram"da izləyin