Ordu.az xəbər verir ki, bu barədə “The Washington Post” nəşri yazır.
Qəzetin mənbələrinin məlumatına görə, “kəşfiyyat analitikləri belə hesabatlar təqdim ediblər ki, İran hesab edir münaqişədə üstün mövqedədir və buna görə ABŞ tərəfindən güc tətbiqi təhdidlərinə cavab verməsi çətin görünür”. Mənbələr qeyd edib ki, ABŞ prezidentinə artıq “bu qiymətləndirmələr təqdim olunub”.
Nəşrdə qeyd olunur ki, ABŞ prezidenti mütəmadi olaraq İran ünvanına yeni təhdidlər səsləndirir, lakin eyni zamanda ABŞ tərəfi ilə İran İslam Respublikası hakimiyyəti arasında təmasların saxlanıldığını da bildirir. “İran Trampın demək olar ki, bütün iddialarını təkzib edir”, - deyə qəzet vurğulayır.
Mənbələrin sözlərinə görə, tərəflər arasında hələlik yalnız “Pakistan hökumətinin vasitəçiliyi ilə bir-birinə zidd tələblərin mübadiləsi” baş verir.
Sevinc Əliyeva
Ordu.az