ABŞ Yaxın Şərqə əlahiddə desant qüvvələrini göndərib

2026/03/1773643943.jpg
Oxunub: 421     10:56     31 Mart 2026    
ABŞ ordusunun əlahiddə 82-ci hava-desant diviziyasının minlərlə hərbi qulluqçusu Yaxın Şərqə gəlməyə başlayıb.

Ordu.az xəbər verir ki, bu barədə "Reuters" öz məlumatlı mənbələrinə istinadən informasiya yayıb.

Məlumata görə, bölgəyə dislokasiya olunmuş bölmələr arasında diviziya qərargahı, maddi-texniki təchizat hissələri, briqada-döyüş qrupu yer alır.

Daha əvvəl regiona minlərlə dənizçi və dəniz piyadası da göndərilmişdi.

“Al Jazeera” telekanalının mənbələrinin bildirdiyinə görə, desantçılar həftə ərzində gəlməyə davam edəcəklər. Ümumilikdə bölgədə diviziyanın 3 min hərbi qulluqçusu yerləşdiriləcək.

"Reuters" mənbələri qeyd edib ki, hələlik İran ərazisinə qoşun yeridilməsi ilə bağlı qərar qəbul olunmayıb. Müzakirə edilən variantlar arasında İranın neft ixracının 90 faizinin keçdiyi Xarq adasının ələ keçirilməsi, həmçinin Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi də var.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Yaxın-Şərq  


Bizi "telegram"da izləyin