Ordu.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu “Newsmax”a müsahibəsində bildirib.
“Əgər müharibədən əvvəlki dövrü xatırlayırsınızsa, İran Yaxın Şərqdə və dünyada əsas təhdid idi. O, müxtəlif qitələrdə, o cümlədən Qərb yarımkürəsində dövlət səviyyəsində terrorizmin əsas dəstəkçisi idi”, - deyə Netanyahu bildirib.
O, həmçinin qeyd edib ki, Əfqanıstanda minlərlə insanın ölümünə səbəb olan partlayıcı qurğuların arxasında İran dayanıb və ölkə ABŞ səfirliklərini hədəfə alıb.
Netanyahu iddia edib ki, İran Trampa qarşı iki dəfə sui-qəsd etməyə cəhd edib və hələ də bunu etmək niyyətindədir.
Sevinc Əliyeva
Ordu.az