RS: İran bir aylıq münaqişədən sonra İsrailin HHM sistemlərinin zəifliyini üzə çıxarıb

2025/11/1763963529.jpg
Oxunub: 445     10:18     31 Mart 2026    
Yaxın Şərqdə bir ay davam edən münaqişədən sonra İran İsrailin hava hücumundan müdafiə sistemlərinin zəif tərəflərini ortaya çıxarıb.

Ordu.az xəbər verir ki, bu barədə “Responsible Statecraft” (RS) yazıb.

“İrana qarşı ABŞ-nin hərbi kampaniyasından bir ay sonra İsrailin təriflənən hava hücumundan müdafiə sistemi öz imkanlarının həddinə çatıb”, - deyə nəşr qeyd edib.

Məlumata görə, İran raketləri İsrailin raketdən müdafiə şəbəkəsindən yayınmağı bacarır. Nəticədə son 10 gün ərzində Təl-Əviv, Dimona və Arad daxil olmaqla iri şəhərlərə zərbələr endirilib.

İsrailin hava hücumundan müdafiə sistemindəki problemlərin əsas səbəblərindən biri kimi sursat çatışmazlığı göstərilir. Bu isə hərbçiləri prioritet hədəfləri seçməyə məcbur edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İsrail  


Bizi "telegram"da izləyin