Netanyahu: “ABŞ və İsrail İranla müharibədə yolun yarısını qət edib”

2026/03/1773997644.jpg
Oxunub: 454     10:15     31 Mart 2026    
ABŞ və İsrail İranla müharibədə uğur baxımından yolun yarısını qət edib.

Ordu.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu “Newsmax”a müsahibəsində bildirib.

Siyasətçi Yaxın Şərqdə birgə səyləri yüksək qiymətləndirib və İranın imkanlarının zəiflədilməsi istiqamətində ciddi irəliləyiş əldə olunduğunu qeyd edib. Onun sözlərinə görə, əsas məqsəd Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır.

“Biz missiyanın uğurunun yarısına çatmışıq. Onların raket imkanlarını zəiflətmişik, zavodlarını məhv etmişik və əsas nüvə alimlərini aradan götürmüşük”, - deyə Netanyahu bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İsrail   İran  


Bizi "telegram"da izləyin