Ordu.az xəbər verir ki, bu barədə “The Times of Israel” İsrail hərbi mənbələrinə istinadən məlumat yayıb.
Məlumatda qeyd olunur ki, bu addım regionda ABŞ-nin mümkün hərbi əməliyyatlara hazırlıq xəbərləri fonunda atılıb.
CNN-in məlumatına görə, ötən bazar günü Yaxın Şərqdə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuper İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir və digər yüksək rütbəli israilli generallarla gizli görüş keçirib.
“The New York Times” yazır ki, Pentaqon artıq Yaxın Şərqə bir neçə yüz xüsusi təyinatlı qüvvə yerləşdirib. Mənbələrin sözlərinə görə, bu bölmələr bölgəyə göndərilən dəniz piyadaları və desant qüvvələri ilə birləşəcək.
Qəzetin məlumatına əsasən, xüsusi təyinatlı qüvvələr, desantçılar və dəniz piyadaları İranın faktiki olaraq bağladığı Hörmüz boğazını qorumaq və ya Fars körfəzinin şimalında yerləşən İranın neft mərkəzi olan Xarq adasını ələ keçirmək əməliyyatında istifadə oluna bilər. Bundan əlavə, xüsusi təyinatlı qüvvələrin İsfahanda yerləşən İranın nüvə obyektindən yüksək zənginləşdirilmiş uranın ələ keçirilməsi üçün də istifadə edilə biləcəyi bildirilir.
Sevinc Əliyeva
Ordu.az