İsrail Tehrana növbəti aviazərbələr dalğasını başa çatdırıb

2026/03/1774076489.jpg
Oxunub: 296     09:48     31 Mart 2026    
İsrail ordusu Tehrana yönəlmiş növbəti aviazərbələr dalğasının başa çatdığını elan edib.

Ordu.az “Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

Məlumata görə, son aviareydlərdə İran dövlətinə aid infrastrukturun hədəfə alındığı bildirilir.

Avizərbələrdən sonra İran mediası paytaxt Tehranın elektrik enerjisi təchizatı ilə bağlı problemlərin yarandığını elan edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran  


Bizi "telegram"da izləyin