Kaya Kallas və Aİ ölkələrinin xarici işlər nazirləri Kiyevə gəlib - YENİLƏNİB

2025/11/1764171652.jpg
Oxunub: 662     12:08     31 Mart 2026    
Avropa diplomatiyasının rəhbəri Kaya Kallas və Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri birgə nazirlər toplantısında iştirak etmək üçün Kiyevə gəlib.

Ordu.az xəbər verir ki, bu barədə Ukraynanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Kiyevə Aİ diplomatiyasının rəhbəri Kaya Kallas və Avropa ölkələrinin xarici işlər nazirləri gəlib. Bu gün Ukraynanın paytaxtında Aİ-nin nazirlər toplantısı keçiriləcək”, - deyə nazirliyin “Telegram” kanalında bildirilib.

Nümayəndə heyəti Kiyevə qatarla gəlib. Onları Mərkəzi dəmir yolu vağzalında Ukraynanın xarici işlər naziri Andrey Sibiqa qarşılayıb. O, bu səfəri “əsl cəsarət və Ukrayna ilə həmrəyliyin əlaməti” adlandırıb.

***

Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Ukraynaya səfər edib.

Ordu.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Bu səfər Ukrayna ilə həmrəyliyin əlamətidir. Kallas və bu gün Ukraynaya gələn bütün avropalı həmkarlara minnətdaram", - o qeyd edib.

Daha əvvəl bildirilmişdi ki, K.Kallas və Avropa İttifaqının (Aİ) bir sıra ölkələrinin xarici işlər nazirləri Kiyevdə Aİ Şurasının qeyri-rəsmi iclasını keçirəcəklər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kallas   Ukrayna  


Bizi "telegram"da izləyin