Qırğızıstanın İrandakı səfirliyi fəaliyyətini dayandırıb

2026/03/1773515266.jpg
Oxunub: 372     09:31     31 Mart 2026    
Qırğızıstanın İrandakı səfirliyinin fəaliyyəti dayandırılıb.

Ordu.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

"Eyni zamanda Qırğızıstan XİN İrana səfərlərdən çəkinməyi tövsiyə edir. Fövqəladə vəziyyətlər və ya konsulluq-hüquqi yardım almaq zərurəti yarandıqda XİN-in Konsulluq departamentinin qaynar xəttinə və İranla həmsərhəd dövlətlərdəki Qırğızıstan diplomatik nümayəndəliklərinə müraciət edilməlidir", - məlumatda bildirilib.

İranda olan Qırğızıstan vətəndaşlarından yüksək sayıqlıq göstərmək, təhlükəsizlik tədbirlərinə ciddi riayət etmək, insanların kütləvi toplaşdığı yerlərdən uzaq durmaq, həmçinin yerli hakimiyyət orqanlarının tələblərini qeyd-şərtsiz yerinə yetirmək xahiş olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qırğızıstan   İran  


Bizi "telegram"da izləyin