ABŞ təsdiqləyib ki, İspaniya İrana zərbə endirmək üçün hava məkanını verməkdən imtina edib

2026/02/1772207966.jpg
Oxunub: 368     09:30     31 Mart 2026    
“İspaniyanın İrana zərbə endirilməsi üçün ABŞ tərəfinə öz hava məkanından istifadə etməyə icazə verməməsi məyusedicidir”.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.

“Birləşmiş Ştatlar üçün çətin bir vaxtda, NATO üzvü və bizim qorumağa borclu olduğumuz İspaniya kimi ölkələrin bizə İrana zərbə endirmək üçün hava məkanından istifadə etməyə imkan verməməsi və hətta bununla fəxr etməsi məyusedicidir”, - deyə Rubio bildirib.

O əlavə edib ki, əgər NATO yalnız Avropanı hücum halında qorumaq üçündürsə, o zaman alyansın öz bazalarını ABŞ-yə verməkdən imtina etməsi ədalətli deyil.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rubio  


Bizi "telegram"da izləyin