Böyük Britaniya İran PUA-larını vurduğunu açıqlayıb

2026/03/1772880170.jpg
Oxunub: 396     09:30     31 Mart 2026    
Böyük Britaniyanın Müdafiə Nazirliyi Yaxın Şərqdə “yüksək risk zonası”nda fəaliyyət göstərən Hərbi Hava Qüvvələrinə məxsus qırıcıların bir neçə İran Pilotsuz Uçuş Aparatını (PUA) uğurla vurduğunu açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, Britaniyanın “Typhoon” və F-35 qırıcıları, eləcə də “Wildcat” helikopterləri gecə ərzində Kipr, İordaniya, Bəhreyn, Qətər və BƏƏ üzərində “müdafiə” missiyalarını davam etdiriblər.

Qeyd olunub ki, münaqişə başlayandan bəri britaniyalı pilotlar və ekipajlar döyüş əməliyyatlarında 1200 saatdan çox vaxt keçiriblər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   İran   PUA  


Bizi "telegram"da izləyin