Ordu.az xəbər verir ki, bu barədə “Bild” nəşri amerikalı hərbi ekspert Con Spenserin fikirlərinə istinadən yazıb.
Ekspertin fikrincə, Trampın üç əsas variantı var.
Birinci variant strateji əhəmiyyətli neft adalarının ələ keçirilməsidir. Spenser bildirib ki, Əbu Musa, Böyük Tunb və Kiçik Tunb adaları uzun müddətdir strateji əhəmiyyətli ərazilər hesab olunur. Onun sözlərinə görə, bu adalar yalnız neftə deyil, həm də hərbi və nəzarət infrastrukturuna malikdir. Onların ələ keçirilməsi İranı Hörmüz boğazı üzərində nəzarətdən və mühüm gəlir mənbəyindən məhrum edə bilər.
“Bu sistem rəhbərliyə, nəzarət avadanlıqlarına, komanda mərkəzlərinə və cəlb olunmuş bölmələrə zərbələr endirilməklə sıradan çıxarıla bilər”, - deyə ekspert bildirib.
İkinci variant İranın elektrik və rabitə şəbəkələrinin pozulması, yəni ölkə üzrə “blackout” yaradılmasıdır. Spenser hesab edir ki, rejimin kommunikasiya sistemlərinin sıradan çıxarılması, eyni zamanda əhali üçün xarici sistemlər vasitəsilə əlaqənin saxlanılması güclü silaha çevrilə bilər.
Üçüncü variant isə İranın neft iqtisadiyyatının məhv edilməsidir. Ekspert bildirib ki, ABŞ mollaların əsas gəlir mənbəyini kəsə və bununla da rejimi sarsıda bilər. Bu ssenaridə əsas hərbi hədəf Fars körfəzində yerləşən Xarq adasıdır. Qeyd olunur ki, Xarq İran neft ixracının 90 faizədək hissəsinin dəniz yolu ilə daşınmasında əsas rol oynayır.
“Bu vacibdir, çünki rejim artıq iqtisadi təzyiq altında kövrəklik əlamətləri göstərib”, - deyə Spenser bildirib.
Məqalədə qeyd olunur ki, Trampın sözlərinə görə, iki həftə əvvəl adanın hərbi hədəfləri artıq ABŞ raketləri ilə vurulub, lakin neft anbarları hücuma məruz qalmayıb.
Sevinc Əliyeva
Ordu.az