Çin ABŞ ilə Tayvan arasında rəsmi təmaslara qəti şəkildə qarşıdır

2026/03/1774886768.jpg
Oxunub: 404     09:27     31 Mart 2026    
Çin ABŞ ilə Tayvan arasında rəsmi təmaslara qəti şəkildə qarşıdır və Vaşinqtona ciddi xəbərdarlıq edib.

Ordu.az xəbər verir ki, bu barədə “Xinhua”nın məlumatına görə, Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin gündəlik brifinqdə, dörd amerikalı senatorun Tayvana səfəri ilə bağlı sualı cavablandırarkən bildirib.

Mao Nin ABŞ-ni Çin-ABŞ münasibətlərinin ümumi maraqlarını qorumaq və Tayvan boğazında sülh və sabitliyi təmin etmək üçün konkret addımlar atmağa çağırıb.

O vurğulayıb ki, ABŞ “vahid Çin” prinsipinə və Çin-ABŞ arasında qəbul olunmuş üç birgə hökumət kommünikesinə sadiq qalmalı, Tayvan məsələsini ehtiyatla və düzgün şəkildə həll etməli, Tayvanla bütün rəsmi təmasları dayandırmalı və “Tayvanın müstəqilliyini” dəstəkləyən separatçı qüvvələrə yanlış siqnallar göndərməməlidir.

“Çinin Tayvan məsələsi ilə bağlı mövqeyi ardıcıl və aydındır. Biz milli suverenliyi və ərazi bütövlüyünü qətiyyətlə qorumaq üçün bütün zəruri tədbirləri görəcəyik”, - deyə Mao Nin bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   ABŞ   Tayvan  


Bizi "telegram"da izləyin