Ordu.az xəbər verir ki, bu barədə “The Economist” yazıb.
Nəşr qeyd edir ki, Fars körfəzi ölkələri hasilatı azaltdığı halda, Çin İran neftinin əsas alıcısı olaraq qalır. Bu amil İslam İnqilabı Keşikçiləri Korpusuna İran neftinin satışından qazanc əldə etməyə kömək edir.
Məqalədə vurğulanır ki, yarım əsr boyunca Yaxın Şərq monarxiyaları özlərini ucuz neftin etibarlı təchizatçıları kimi təqdim ediblər. Lakin artıq beşinci həftəsinə daxil olan Fars körfəzindəki üçüncü müharibə bu təsviri dağıdıb.
Hörmüz boğazının əsasən bağlı qalması səbəbindən dünya neftinin 15 faizi istehlakçılara çatdırıla bilmir. Müharibə başlayandan bəri Fars körfəzindəki bütün ölkələr neft hasilatını azaldıb, ixrac gəlirləri isə kəskin aşağı düşüb.
Sevinc Əliyeva
Ordu.az