Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bu, son beş ticarət sessiyasının dördüncü artımıdır. Martın əvvəlindən etibarən qiymətlər 30 sent yüksəlib.
Agentlik qeyd edir ki, İranla müharibə fermerlər üçün enerji və gübrə xərclərinin daha da artmasına səbəb ola bilər. Eyni zamanda, əlverişsiz hava şəraiti ABŞ-də məhsul becərilməsinə mane olur.
Məlumata görə, İrana hücumlar və Hörmüz boğazının faktiki bağlanması regiondan gübrə və yanacaq axınını kəsib, bu da dünya üzrə fermerlərin xərclərinin yüksəlməsinə gətirib çıxarıb.
Sevinc Əliyeva
Ordu.az