Ordu.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Nəşr qeyd edir ki, səhiyyə proqramlarının məhdudlaşdırılması ilə bağlı yeni cəhdlər mütləq mübahisələr yaradacaq və Respublikaçılar Partiyası üçün seçkiqabağı ittihamlar təhlükəsi formalaşdıracaq. Onlar səhiyyə xərclərini azaltmaqla populyar olmayan müharibəni maliyyələşdirməkdə günahlandırıla bilərlər.
Məlumata görə, Nümayəndələr Palatasında aparıcı respublikaçılar federal proqramlarda saxtakarlıqla bağlı səhiyyə xərclərinin kompensasiya olunmasını müzakirə edirlər. Oxşar yanaşma ötən il büdcə qanun layihəsinin müzakirəsi zamanı da tətbiq edilmişdi. Həmin vaxt federal “Medicaid” xərcləri əhəmiyyətli dərəcədə azaldılmış və ilk dəfə müraciət edənlər üçün əmək tələbləri müəyyən edilmişdi.
“Biz hazırda başqa məsələlərə də baxırıq, xüsusilə saxtakarlıq, israfçılıq və sui-istifadə sahəsinə. Bu istiqamətdə üzvlərimizlə işləyirik”, - deyə Nümayəndələr Palatasının çoxluq lideri Stiv Skaliz bildirib.
Sevinc Əliyeva
Ordu.az