İsrail ordusu İordan çayının Qərb sahilində hərbi təlimlər keçirəcək

2025/02/1740370636.jpg
Oxunub: 412     09:04     31 Mart 2026    
İsrail Müdafiə Qüvvələri çərşənbə axşamı günü Yəhudeya və Samariyada (İordan çayının Qərb sahili) hərbi təlimlərə başlayacaq.

Ordu.az-ın məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

"Təlimin çərçivəsində ərazidə təhlükəsizlik qüvvələrinin aktiv hərəkəti baş tutacaq", - deyə qeyd edilib.

Eyni zamanda, İsrail hərbi qulluqçularının "yaşayış məntəqələrinə girməyi planlaşdırmadığı" bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Təlim  


Bizi "telegram"da izləyin