Körfəz ölkələri ABŞ-ni İranla müharibəni davam etdirməyə çağırıb - KİV

2026/03/1774160583.jpg
Oxunub: 428     05:28     31 Mart 2026    
Səudiyyə Ərəbistanı və BƏƏ başda olmaqla bir neçə Körfəz ölkəsi ABŞ-yi İrana qarşı hərbi əməliyyatları davam etdirməyə çağırır.

Ordu.az-ın məlumatına görə, bu barədə "Associated Press" agentliyi ABŞ, İsrail və Fars körfəzi ölkələrindən olan adları açıqlanmayan rəsmilərə istinadən xəbər verib.

Məlumata əsasən, BƏƏ, Səudiyyə Ərəbistanı, Küveyt və Bəhreyn nümayəndələri gizli şəkildə ABŞ ilə İsrailin hərbi əməliyyatının İslam Respublikası rəhbərliyində və ya İran rəhbərliyində köklü dəyişiklik olana qədər davam etməsini istədiklərini bildiriblər.

Agentlik qeyd edib ki, Körfəz dövlətlərinin münaqişəyə münasibəti fərqlidir: Səudiyyə Ərəbistanı və BƏƏ ən döyüşkən mövqe tutur, Oman və Qətər isə diplomatik həll yoluna meyllidirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Körfəz   ABŞ   İra  


Bizi "telegram"da izləyin