İsrail ordusu Livanda sülhməramlıların iştirakı ilə iki insidentlə bağlı araşdırma aparır

2026/03/1774859488.jpg
Oxunub: 421     04:54     31 Mart 2026    
İsrail Müdafiə Qüvvələri Livandakı BMT Müvəqqəti Qüvvələrinin sülhməramlılarının xəsarət alması ilə bağlı iki hadisəni araşdırdığını bildirib.

Ordu.az-ın məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

"Hadisələrin "Hizbullah" və ya İsrail Müdafiə Qüvvələrinin işi olub-olmadığını müəyyən etmək və vəziyyətin aydınlaşdırılması üçün hərtərəfli araşdırılır", - deyə bildirilib.

Qeyd edilib ki, "bu hadisələr aktiv döyüş zonasında baş verib", ona görə də "sülhməramlılarının yaralandığı hadisələrin İsrail Müdafiə Qüvvələrinin hərəkətləri nəticəsində baş verdiyi düşünülməməlidir."

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Livan  


Bizi "telegram"da izləyin