Ordu.az xəbər verir ki, bu məlumatlar Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) hesabatında təqdim olunur.
"Hörmüz boğazından keçən gəmiçilik iflic vəziyyətinə düşüb: tranzit trafik 95%-dən çox azalıb ki, bu da enerji resursları və gübrələrin tədarükündə fasilələrə səbəb olub", - deyə mətndə qeyd olunub.
Təşkilatın məlumatına görə, mart ayının əvvəlində boğazdan gündəlik tranzit 10 gəmidən çox olmayıb, fevralın son həftəsində isə bu rəqəm orta hesabla 103 olub.
Ordu.az