Ordu.az xəbər verir ki, bu barədə “Kommersant” yazıb.
“Deyə bilərəm ki, birincisi, biz kiməsə hər hansı güzəşt verməyi planlaşdırmırıq. İkincisi, Ermənistandakı tərəfdaşlarımız bu məsələləri bizimlə rəsmi səviyyədə müzakirə etməyiblər”, - deyə Nikitin “RİA Novosti”yə müsahibəsində bildirib.
O vurğulayıb ki, bu məsələ ilə bağlı Qazaxıstanla da heç bir əlaqə yoxdur.
2008-ci ilin fevralında Ermənistan konsessiya müqaviləsi imzalayıb və bu müqaviləyə əsasən, ölkənin dəmir yolu nəqliyyat sistemi “Rusiya Dəmir Yolları” şirkətinin törəmə müəssisəsi olan “Cənubi Qafqaz Dəmir Yolları” şirkətinin idarəetməsinə verilib. Müqavilə 30 illik konsessiya müddətini nəzərdə tutur və daha 10 il uzadılması imkanı var.
2025-ci ilin dekabrında Nikol Paşinyan rusiyalı həmkarlarından Türkiyə və Azərbaycanla sərhədlərə aparan dəmir yolu xətlərinin tez bir zamanda bərpa olunmasını xahiş etmişdi. Həmin xətlər Ermənistan ilə ABŞ arasında “Tramp marşrutu” (Zəngəzur dəhlizi-red.) nəqliyyat layihəsinin həyata keçirilməsi üçün zəruridir.
Martın əvvəlində Ermənistanın baş naziri dəmir yolunun idarəetməsinin başqa ölkəyə, xüsusilə Qazaxıstana, Birləşmiş Ərəb Əmirliklərinə və ya Qətərə verilməsi ilə bağlı Rusiya ilə müzakirələr aparıldığını açıqlamışdı. Martın 26-da Paşinyan ümid etdiyini bildirmişdi ki, Rusiya və Ermənistan idarəetmənin qazax tərəfdaşlara verilməsi barədə razılığa gələcək. Lakin indiyədək onun rusiyalı tərəfdaşları bu variantı təsdiqləməyiblər.
Alpər Mövludoğlu
Ordu.az