Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, niderlandlı həmkarını vəzifəyə başlaması münasibətilə təbrik edən nazir Mirzoyan Tom Berendsenə uğurlar arzulayıb və Niderland ilə tərəfdaşlığın ardıcıl şəkildə inkişaf etdirilməsinə Ermənistanın yanaşmalarını vurğulayıb.
Qeyd edilib ki, nazirlər Ermənistan və Niderland arasında strateji tərəfdaşlığın gündəliyinin zənginləşdirilməsinə yönəlmiş işləri müzakirə ediblər. Niderland hökumətinin koalisiya razılaşmasında Ermənistan ilə əməkdaşlığa verilən davamlı əhəmiyyət məmnunluqla qeyd olunub.
“Müxtəlif formatlarda əməkdaşlıq, o cümlədən Ermənistan-Avropa İttifaqı tərəfdaşlığının dərinləşdirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Qarşıdan gələn yüksək səviyyəli səfərlər və tədbirlər, o cümlədən Avropa Siyasi Birliyinin sammiti və “İrəvan dialoqu” diplomatik forumu müzakirə olunub.
Ararat Mirzoyan və Tom Berendsen demokratik inkişaf yolunda mövcud çağırışlar və onların effektiv həlli istiqamətində əməkdaşlıq mexanizmləri barədə də fikir mübadiləsi aparıblar”, - deyə məlumatda bildirilib.
Alpər Mövludoğlu
Ordu.az