Azərbaycan Nyu-York Milli BMT Modeli Konfransında təmsil olunub

2026/03/1774888220.jpg
Oxunub: 465     20:12     30 Mart 2026    
Kaliforniya Dövlət Universitetinin bir qrup tələbəsi dünyanın ən qədim və böyük universitetlərarası BMT Modeli konfransı olan illik Nyu-York Milli BMT Modeli Konfransında Azərbaycanı təmsil edib.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının BMT yanındakı Daimi Nümayəndəliyinin "X"dəki hesabında məlumat yayılıb.

Bildirilib ki, Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyində həmin tələbələr üçün diplomatik brifinq keçirilib:

"Tələbələrə mükəmməl araşdırma və hazırlıqlarına görə minnətdarıq və onların Azərbaycanı təmsil etmə tərzindən qürur duyuruq", - məlumatda qeyd olunub.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   BMT  


Bizi "telegram"da izləyin