Ordu.az xəbər verir ki, bu barədə “Pastinfo” nəşrinə Komissiyadan bildirilib.
Xatırladaq ki, 2026-cı il martın 22-də İrəvanda tərəfdarları ilə gəzən Nikol Paşinyan Qarabağdan ermənilərin köçü ilə bağlı sual verilərkən növbəti dəfə özünü idarə edə bilməyib.
Metroda Nikol Paşinyan Qarabağdan köç etmiş bir qadına barmaq silkələyərək qışqırmağa başlayıb.
“Biz hər şeyi etdik ki, siz Qarabağda yaşayasanız və 2023-cü ildə məhz siz məni ittiham edirdiniz ki, sərhədlər bağlanıb, Qarabağdan insanlar Ermənistana gələ bilmir. Məndən tələb edirdiniz ki, sərhədləri açım. Deyirdiniz ki, guya xüsusi olaraq bağlanıb ki, insanlar Qarabağdan çıxmasın. İndi buraya gəlmisiniz və deyirsiniz ki, biz geri qayıtmaq istəyirdik, biz Ermənistan vətəndaşlarının qazandığı milyardları xərclədik ki, siz orada qalasınız, bəs niyə qalmadınız? Bu xəritə haqqında belə laqeyd danışmayın. Qaçanlarla deməyə çalışmayın ki, mən Qarabağı vermişəm”, - deyə Paşinyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az