İrana dərman və tibbi avadanlıq gətirən mülki təyyarə vurulub

2026/03/1774886482.jpg
Oxunub: 495     19:54     30 Mart 2026    
Humanitar yardım daşıyan mülki təyyarə 28 martda İranın qərbindəki Məşhəd hava limanında ABŞ və İsrailin hava hücumları nəticəsində vurulub.

Ordu.az xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatının bu gün yaydığı bəyanatda bildirilib.

"Mülki Aviasiya Təşkilatı, Məşhəd hava limanına eniş edən, İran üçün digər ölkələrdən dərman və tibbi avadanlıq daşıyan mülki təyyarəyə qarşı Amerika-İsrail hücumunu qətiyyətlə pisləyir", - deyə bəyanatda vurğulanıb.

Qeyd olunub ki, humanitar yük daşıyan mülki hava nəqliyyat vasitəsinin hədəfə alınması beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Təşkilat həmçinin bütün beynəlxalq qurumları bu aktı pisləməyə və bütün günahkarları məsuliyyətə cəlb etməyə çağırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Təyyarə  


Bizi "telegram"da izləyin